02.06.2018

1 iyun-Beynəlxalq Usaqların Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib

 

Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində 1iyun-Beynəlxalq Usaqların Müdafiəsi günü münasibətilə bayram tədbiri keçirilib.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və ibtidai sinif şagirdləri iştirak ediblər.

 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aidə Zülfüqarova uşaqları təbrik edib,dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğıdan,uşaqların problemlərini həlli istiqamətində ölkədə və Xocavənd rayonunda görülən işlərdən danışıb.Qeyd edib ki,Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərfindən qoyulub.Ulu öndər nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.

 Daha sonra tədbir ibtidai sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam

edib.

 

 


Açar sözlər: ,  ,  ,