Məmmədov Ümidvar Rəşid oğlu

Müdir

 

1959-cu ilin 01 yanvarında Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. 1966-1976-cı orta məktəbi bitirib.

1978-ci ilin may ayından 1980-ci ilin may ayınadək ordu sıralarında xidmət edib. 1981-ci ildə Xankəndi Pedaqoji İnstitututnun Tarix fakultəsinə daxil olub, 1986-cı ildə həmin İnstitutu bitirib. 1986-1990-cı illərdə Xocavənd Rayonunun Qaradağlı kənd tam orta məktəbində tarix müəllimi işləyib.

1990-cı ildə Xocalı rayon Təhsil Şöbəsinə inspektor vəzifəsinə təyin olunub. 1992-ci ilin avqust ayından Təhsil Nazirliyinin göndərişi ilə Xocavənd rayon Təhsil Şöbəsinə Aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 2016-cı ilin yanvar ayından Xocavənd Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunub.

1993-cü  ildən YAP Xocavənd rayon təşkilatının üzvüdür.

Müharibə veteranıdır.

Ailəlidir, 1 övladı var.