17.07.2020

Virtual müşavirə

17 iyul 2020-ci il tarixdə Xocavənd rayon Təhsil Şöbəsinin Şəbəkəsinə daxil olan ümumtəhsil məktəblərinin direktorları ilə "2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq" mövzusunda virtual qaydada müşavirə keçirilmişdir. Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Məmmədov Ümidvar Rəşid oğlu 2019-2020-ci tədris ilində görülən işlərdən və koronovirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyinin və eləcədə Təhsil Şöbəsinin gördüyü işlərdən və tədbirlərdən bəhs etdi.Buraxılış imtahanlarının nəticələri və ali məktəbə sənəd verən məzunlar haqqında,1-ci snifə elektron qəbulla bağlı və Virtual məktəb layihəsi ilə bağlı ciddi göstəriş və tapşırıqlarını vermişdir.


Açar sözlər: ,  ,